Bakı üzrə təhsilin keyfiyyət göstəriciləri təhlil edilib

Bakı üzrə təhsilin keyfiyyət göstəriciləri təhlil edilib
  22 Dekabr 2020    Oxunub:1940
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin 2020-ci təqvim ili üzrə IX sinif şagirdlərinin buraxılış imtahanı (I mərhələ) və I böyük summativ qiymətləndirmənin nəticələri təhlil edilib. Şagirdlərin göstərdikləri nəticələr əsasında hesabatlar hazırlanaraq ümumi təhsil məktəblərinə göndərilib.
Bu barədə Azvision.az -a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, ibtidai siniflərdə tədrisin keyfiyyətinin yaxşılaşdırılması və davamlı inkişafın təmin edilməsi məqsədilə paytaxt məktəblərinin IV siniflərində təhsil alan şagirdlərin 2019-2020-ci tədris ili üçün I böyük summativ qiymətləndirmənin nəticələri təhlil edilib, müvafiq hesabat hazırlanıb.

Təhsil Nazirliyi tərəfindən paytaxt məktəblərində təhsil alan 58 min 674 nəfər V və IX sinif şagirdi üçün diaqnostik qiymətləndirmə keçirilib. Diaqnostik qiymətləndirmə V siniflər üzrə 28 min 830, IX siniflər üzrə 29 min 844 məktəblini əhatə edib. Hər imtahan fənni üzrə şagirdlərin göstərdikləri nəticələr təhlil edilib, hesabatlar hazırlanaraq ümumi təhsil məktəblərinə göndərilib.

Azvision.az


Teqlər: Təhsil   Məktəb  





Xəbər lenti