Polis bazarda pirotexniki vasitə satanı saxladı

Polis bazarda pirotexniki vasitə satanı saxladı
  24 Dekabr 2020    Oxunub:1353
Ağstafa Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən dekabrın 23-də şəhər bazarında şəhər sakini T.Zeynalovdan 108 ədəd pirotexniki vasitə aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, T.Zeynalov barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (istehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi)) maddəsi ilə protokol tərtib edilib və toplanmış material rayon məhkəməsinə göndərilib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti