Qanunsuz ov edənlər saxlanılıb

Qanunsuz ov edənlər saxlanılıb
  25 Dekabr 2020    Oxunub:1358
Cəlilabad və Şabran sakinlərindən qanunsuz silahlar götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən xəbərə görə, daxil olan məlumat əsasında Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 24-də Uzuntəpə kəndi ərazisində qanunsuz ov edən kənd sakinləri S.Həsənov və E.Qurbanov saxlanılıblar. Onlardan müvafiq sənədləri olmayan “TOZ-12” və “TOZ-16” markalı ov tüfəngləri və 8 ədəd çöl quşu götürülüb.

Eyni zamanda Şabran rayonu, Əmirxanlı kəndi ərazisində isə qanunsuz ov edən kənd sakini R.Məmmədov saxlanılıb.

Ondan “MR-155” markalı ov tüfəngi və 4 ədəd patron götürülüb.

Azvision.az



Teqlər: DİN   Ov  





Xəbər lenti