Göyçay sakinləri məktəbi qarət etdilər

Göyçay sakinləri məktəbi qarət etdilər
  25 Dekabr 2020    Oxunub:1142
Göyçayda məktəbdə oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 18-də rayon ərazisindəki tam orta məktəblərin birindən 2 000 manat dəyərində kompüter avadanlıqları, generator, musiqi mərkəzi, elektrik qızdırıcısı və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri R.Adilov və T.Həsənov saxlanılıblar.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti