Hansı rayonlara nə qədər qar yağıb? - Faktiki hava
Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 37, Kişçayda (Şəki) 35, Sarıbaşda 25, Altıağacda 24, Lerikdə 20, Qrızda, Xaltanda 15, Yardımlıda 14, Şahdağda 13, Şahbuzda 10, Daşkəsəndə 9, Oğuzda 8, Zaqatalada 6, Qəbələdə 5, Şəki, Mərəzə, Qubada 4, Şərur, Gədəbəy, Qusarda 3, Sədərəkdə 2 sm olub.
Naftalan, Gəncə, Şəmkir, Balakən, Qəbələ, Zaqatala, Şəki, Şamaxı, Quba, Qusar, Qrız, Tərtər, Göyçay, Kişçay, Sarıbaşda duman müşahidə olunub.
Dekabrın 24-də şimal-qərb küləyi arabir Neftçalada 25, Bakıda 28, Maştağada 25, Ələt, Qum adasında 20, Pirallahıda 23, Sumqayıtda 22, Çilov adası, Neft Daşları, Binədə 18 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.8 metrə çatıb.
Havanın temperaturu dekabrın 24-də iqlim normasından 2 dərəcə aşağı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 5 dərəcəyədək, aran rayonlarında 5-7 dərəcə isti, dağlıq rayonlarda 1-3 dərəcə şaxta, Naxçıvan MR-da 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0-2, aran rayonlarında 1-3 dərəcə isti, dağlıq rayonlarda 5-10, yüksək dağlıq ərazilərdə 13-19, Naxçıvan MR-da 3-10 dərəcə şaxta olub.
Azvision.az
Teqlər: Faktiki-hava