“Azad edilmiş ərazilərdə təhsilin təşkilinə dair planlar hazırlanmalıdır”

“Azad edilmiş ərazilərdə təhsilin təşkilinə dair planlar hazırlanmalıdır”
  26 Dekabr 2020    Oxunub:1537
İşğaldan azad edilmiş ərazilərdə təhsilin inkişafı ilə bağlı tədbirlər xüsusi əhəmiyyət kəsb edir.
Azvision.az xəbər verir ki, bunu Təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

Onun sözlərinə görə, ilk növbədə işğaldan azad olunmuş ərazilərdəki təhsil ehtiyacları müəyyənləşdirilməli, mövcud təhsil infrastrukturunun vəziyyəti qiymətləndirilməli və fəaliyyətinin təşkili ilə bağlı planlar hazırlanmalıdır.

Nazir müavini qeyd edib ki, azad edilmiş ərazilərdə işğaldan əvvəl ümumilikdə 259 məktəbəqədər təhsil, 673 ümumi təhsil, 40 məktəbdənkənar, 14 peşə təhsili, 7 orta ixtisas təhsili olmaqla 993 təhsil müəssisəsi fəaliyyət göstərib.

Azvision.az


Teqlər: Təhsil  





Xəbər lenti