Bərbər virusa yoluxsa da, işə çıxdı
Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində koronavirus testi pozitiv çıxmış və ev şəraitində müalicə təyin edilmiş rayon sakini İ. Səfərovun karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk edib bərbərlik fəaliyyəti ilə məşğul olduğu müəyyənləşib.
Həmin şəxs həkimlərin müşayiəti ilə yaşadığı ünvana geri qaytarılıb. Füzuli RPŞ-nin istintaq bölməsində faktla bağlı araşdırma aparılır.
Azvision.az