Oğluna toy etmək istəyən şəxs cərimələndi

Oğluna toy etmək istəyən şəxs cərimələndi
  26 Dekabr 2020    Oxunub:1300
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sərtləşdirilmiş karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun İstisu qəsəbəsinin sakini M.Əmirovun özünə məxsus fərdi yaşayış evində oğluna toy məclisi təşkil etməsi müəyyən edilib.

Polis əməkdaşları dərhal həmin ünvana gələrək məclisin keçirilməsinin qarşısını alıb. Toy məclisinin təşkilatçısı M.Əmirov və daha 2 nəfər barəsində karantin rejiminin qaydalarını pozduqlarına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunaraq cərimə ediliblər.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti