Postlardan 1303 maşın geri qaytarılıb, 1379 nəfər cərimələnib

   Postlardan 1303 maşın geri qaytarılıb, 1379 nəfər cərimələnib
  28 Dekabr 2020    Oxunub:1353
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonun giriş və çıxışlarında quraşdırılmış xüsusi postlarda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, 2020-ci ilin dekabrın 27-də həmin postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 1303 nəqliyyat vasitəsi müəyən olunaraq geri qaytarılıb. Eləcə də qeyd olunan müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 1379 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

"Bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Ona görə də vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, zərurət olmadan yaşayış yerlərini tərk etməmələrini xahiş edirirk", - deyə DİN-in məlumatında bildirilir.

Azvision.az



Teqlər:





Xəbər lenti