AzTV Naxçıvanda çəkilən nadir kadrları yayımlayacaq

AzTV Naxçıvanda çəkilən nadir kadrları yayımlayacaq
  31 Dekabr 2020    Oxunub:2758
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə Azərbaycan Televiziyası tamaşaçılara yeni sənədli film təqdim edəcək.
Azvision.az xəbər verir ki, filmdə dünya azərbaycanlılarının həmrəyliyi fəlsəfəsinin 44 günlük müharibə dövründə, Azərbaycan xalqının zəfərində böyük yer aldığı faktlarla təsdiq edilir.

“Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı sənədli filmdə müasir nəslin simvolik nümayəndəsi olan baş qəhrəmanın baxışı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün yaranma tarixi sənədli ekskursiya şəklində təqdim olunur.



Film boyu baş qəhrəman sanki bu bayramın yarandığı dövrlərə gedir, 1989-cu ilə qədər sovet Azərbaycanındakı diaspor hərəkatının tarixçəsinə baş vurur və həmin ildə Naxçıvanda başlayan Sərhəd hərəkatından danışır. Daha sonra o, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi təsis olunmasını bəyan edir.

Baş qəhrəman Bakıda keçirilən dünya azərbaycanlılarının ilk qurultayına hazırlıq və qurultay zamanı Ulu Öndər Heydər Əliyevin çıxışını xüsusilə geniş şəkildə diqqətə çatdırır.

Onu da qeyd edək ki, filmdə Naxçıvanda Sərhəd hərəkatı dövründə çəkilən və indiyədək efirə getməyən tarixi xronikalar yer alıb.

Filmin ssenari müəllifi İlqar Fəhmi, rejissoru Ramil Ağasıyev, aparıcısı Ziya Ağa, operatorlar Tariyel Hacızadə, Fahir Səmədoğlu, montaj rejissoru Rasim Ramazanov, assistent isə Mirzə Əliyevdir.

Azvision.az


Teqlər: AZTV   Film  





Xəbər lenti