“Neftçi” təlim-məşq toplanışına başlayıb

“Neftçi” təlim-məşq toplanışına başlayıb
  04 Yanvar 2021    Oxunub:1384
Bakının “Neftçi” futbol klubu təlim-məşq toplanışına start verib.
Azvision.az kluba istinadla xəbər verir ki, komandanın üzvləri yanvarın 4-də “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıblar. “Neftçi TV” vasitəsilə canlı yayımlanan hazırlıq prosesində müxtəlif fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib.

Bakı təmsilçisi təlim-məşq toplanışı çərçivəsində iki yoxlama oyunu keçirəcək. Komanda yanvarın 10-da “Qəbələ”, dörd gün sonra isə “Keşlə” ilə qarşılaşacaq. Hazırlıq prosesi yanvarın 21-dək davam edəcək.

Azvision.az



Teqlər: Neftçi   futbol  





Xəbər lenti