İsmayıllıda koronavirus xəstəsinə cinayət işi açıldı

İsmayıllıda koronavirus xəstəsinə cinayət işi açıldı
  06 Yanvar 2021    Oxunub:1954
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları ev şəraitində müalicə alan koronavirus xəstəsi, Diyallı kənd sakini Q.Rəhmanlının infeksiyanın yayılmasına şərait yaratdığını müəyyənləşdiriblər.
Daxili işlər Nazirliyinin mətbuat xidmətindən Şəki regional qrupundan Azvision.az -a bildirilib ki, Q.Rəhmanlının COVID-19 virusuna yoluxduğu üçün ona evdə müalicə təyin olunmasına və sanitar-karantin qaydaları ilə bağlı məlumatlandırılmasına baxmayaraq, yaşadığı ünvanı tərk etdiyi aşkarlanıb. Həmin şəxs ictimai məkanda hərəkətdə olarkən polislər tərəfindən saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə evə qaytarılıb.

Q.Rəhmanlı barəsində İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanıb.

Azvision.az


Teqlər: DİN   Koronavirus  





Xəbər lenti