“Gözəl Ağsu”da karantin rejimini pozdular
Obyektə baxış zamanı orada olan icarədar Heyran Məmmədovun və müştərilərin xüsusi karantin qaydalarını pozduqları müəyyən edilib. Həmin şəxslər Polis Şöbəsinə gətirilib.
17 müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə cərimə protokolu tərtib olunub, kafeni işlədən H.Məmmədov və digər 7 nəfər barəsində toplanmış materiallar isə hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.
Azvision.az