Təhsil nazirindən yeni sədr təyinatı

   Təhsil nazirindən yeni sədr təyinatı
  07 Yanvar 2021    Oxunub:2439
Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinə yeni sədr təyin edilib.
Azvision.az xəbər verir ki, bununla bağlı Təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Eldar Orucov Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri təyin olunub.

O, bu təyinata qədər Agentliyin İdarə Heyəti sədrinin müavini vəzifəsini tutub.

Qeyd edək ki, E.Orucov 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası bitirib. 2009-2016-cı illərdə ölkənin aparıcı banklarında rəhbər vəzifələrdə çalışıb.

Azvision.az


Teqlər: Təhsil   Agentlik   Nazirlik  





Xəbər lenti