Bu gündən şagirdlərin yerdəyişməsi dayandırılır

Bu gündən şagirdlərin yerdəyişməsi dayandırılır
  08 Yanvar 2021    Oxunub:2085
Bu gün saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, səbəb II yarımil üzrə siniflərin komplektləşdirilməsi ilə bağlıdır.

Portalda mövcud sorğuların tamamlanması prosesi 13 yanvar saat 18:00-dək davam edəcək. Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərini əvvəl oxuduqları məktəbdən götürərək yerdəyişmə etmək üçün seçdikləri məktəbə təqdim etməlidirlər.

Elektron yerdəyişmə prosesinin yenidən başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: Təhsil   Şagird  





Xəbər lenti