YAŞATmaq üçün SMS nömrəsi: 8110
SMS-si göndərdikdən sonra vətəndaşa ödənişin statusu ilə bağlı cavab gəlir.
Uğurlu ödəniş edildikdə - Hörmətli abunəçi, siz “YAŞAT” Fonduna XX AZN uğurla ianə etdiniz. Qələbəni bizə yaşadanları birlikdə Yaşadaq! Digər xidmətlərdən rahatlıqla istifadə etmək üçün zəhmət olmasa balansınızı artırın.
Balansda kifayət qədər məbləğ olmadıqda – Hörmətli abunəçi, balansınızda kifayət qədər məbləğ yoxdur. “YAŞAT” Fonduna ianə etmək üçün balansınızı artırmağınızı xahiş edirik.
Sistemdə təkmilləşdirmə işləri aparıldıqda və ya problem olduqda – Hörmətli abunəçi, sistemdə təkmilləşdirmə isləri aparıldığından “YAŞAT” Fonduna ödənişiniz həyata keçmədi. Daha sonra təkrar yoxlamağınız xahiş olunur.
Düzgün ödəniş məbləği seçilmədikdə - Hörmətli abunəçi, göndərdiyiniz kod yanlışdır. “YAŞAT” Fonduna ianə etmək üçün 1, 3, 5, 10, 20, 50 məbləğlərdən birini seçməklə ödəniş edə bilərsiniz.
Korporativ abunəçi olduqda – Hörmətli abunəçi, siz korporativ abonent olduğunuzdan “YAŞAT” Fonduna ödənişiniz həyata keçmədi. Fərdi abunə nömrəsindən istifadə etməyiniz tövsiyə olunur.
Bununla yanaşı, “YAŞAT” Fonduna onlayn formatda “ASAN Ödəniş” vasitəsilə dəstək olmaq şəraiti yaradılıb. Bunun üçün vətəndaşlar asanpay.az portalında “Ən populyar ödənişlər” bölməsində ilk sırada olan “YAŞAT” Fondu bölməsini seçməklə ödənişi həyata keçirə bilərlər.
Həmçinin Fonda bank hesabları və ödəmə terminalları vasitəsilə də ianə etmək mümkündür.
Bank rekvizitləri ilə keçiddən tanış ola bilərsiniz.
SMS ianə ilə bağlı daha ətraflı məlumat üçün təlimat videosu:
Azvision.az
Teqlər: YAŞAT