İki nəfərdən silah-sursat götürüldü

İki nəfərdən silah-sursat götürüldü
  09 Yanvar 2021    Oxunub:2793
Bakı sakinindən silah-sursat aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, narkotik vasitə ilə tutulan H.Əliyevin ətrafında Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun kirayədə yaşadığı mənzildə silah-sursat gizlətdiyi müəyyən edilib.

Həmin ünvanda keçirilən əməliyyat-axtarış tədbirləri ilə evdən nömrəsi silinmiş pnevmatik tapança, 1 ədəd patron darağı və üzərində alışqanı olan RQD qumbarası aşkar edilərək götürülüb.

Bundan başqa, Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən xuliqanlıq etdiyinə görə tutulmuş Sumqayıt şəhər sakini A.Vəlizadənin ətrafında aparılan tədbirlərlə onun yaşadığı evdə silah gizlətdiyi müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə evə baxış zamanı oradan “Makarov” markalı tapança, patron darağı və 4 ədəd patron aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: DİN   Silah  





Xəbər lenti