Avtobus qadını vurub öldürdü

Avtobus qadını vurub öldürdü
  09 Yanvar 2021    Oxunub:2239
Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, yanvarın 8-i saat 7 radələrində Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində Bakı şəhər sakini T.Məmmədov idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçən Aşağı Güzdək qəsəbə sakini A.Məmmədovanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Abşeron   Yol-qəzası  





Xəbər lenti