Daha 12 koronavirus xəstəsinə cinayət içi açıldı

  Daha 12 koronavirus xəstəsinə cinayət içi açıldı
  09 Yanvar 2021    Oxunub:1974
COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, ev şəraitində müalicə təyin edilən 12 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunub saxlanılaraq evə qaytarılmaqla barələrində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda istintaq araşdırmaları davam etdirilir.

Azvision.az



Teqlər: DİN   COVID-19  





Xəbər lenti