Ağdaş sakininin ölümü ilə bağlı rəsmi məlumat
Aparılmış araşdırmalarla Elman Baxışovun sol qol nahiyəsindəki sınıq ilə əlaqədar yaşadığı evdə ailə üzvləri tərəfindən antibiotik tərkibli “Triosef” adlı dərman preparatının vurulmasından sonra halının pisləşməsi və nəticədə ölməsi müəyyən edilib.
Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Azvision.az
Teqlər: Ağdaş Ölüm Prokurorluq