FHN Türkiyədən 20 mütəxəssis gətirdi
"Bu məqsədlə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xətti vasitəsilə vətəndaşlarımıza təcili psixoloji yardımın göstərilməsi fəaliyyəti davam etdirilir. Müharibənin fəsadları nəticəsində psixoloji problemlər yaşayan vətəndaşlarımız qaynar xəttə zəng edərək fasiləsiz rejimdə fəaliyyət göstərən psixoloqlara müraciət edə bilərlər.
Bununla yanaşı, peşəkar psixoloji yardıma ehtiyacı olan insanların effektiv reabilitasiyasının təşkil olunması məqsədilə Türkiyə Respublikasından 20 nəfər mütəxəssis psixoloq dəvət olunub. Türkiyəli mütəxəssislərin fəaliyyəti barədə yaxın zamanda ictimaiyyətə əlavə məlumat veriləcək.
Ümid edirik ki, cəmiyyətimizin əsas sütunlarından olan həmrəylik və mərhəmət bir-birimizə dəstək olmağa, müharibənin qoyduğu fəsadları tezliklə aradan qaldırmağa kömək edəcək", - deyə məlumatda qeyd olunub.
Azvision.az
Teqlər: FHN