"Məcnun"un sahibi 4 min cərimələndi

"Məcnun"un sahibi 4 min cərimələndi
  12 Yanvar 2021    Oxunub:1664
Sabunçu Rayon Polis İdarəsinin (RPŞ) əməkdaşları inzibati ərazidə xidmət aparan zaman Bakıxanov qəsəbəsi ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən "Məcnun" kafesini aşkarlayıblar.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, obyektin fəaliyyəti dərhal dayandırılıb. Ora baxış zamanı kafenin sahibi vətəndaş Firdovsi Quliyev və daha 8 müştəri saxlanılaraq ərazi üzrə Sabunçu PRİ-nin 13-cü Polis Bölməsinə gətirilib.

Müştərilər barəsində inzibati qaydada tədbirlər görülərək hər biri 200 manat məbləğində cərimə ediliblər və onlarla profilaktik söhbətlər aparılıb.

Kafenin sahibi F.Quliyev isə polis əməkdaşlarının dəfələrlə etdikləri xəbərdarlıqlara əməl etmədiyinə görə onun barəsində də İnzibati Protokol tərtib edilib və obyekt sahibi 4 000 manat miqdarında cərimə olunub.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti