Yaşıllıqlar qrunt suları ilə sulanacaq - Metropoliten

Yaşıllıqlar qrunt suları ilə sulanacaq -    Metropoliten
  12 Yanvar 2021    Oxunub:2633
Bakı metrosunda yığılan qrunt sularından şəhərin tələbatı üçün səmərəli istifadə olunması 2021-ci ildə yeni istiqamətlərdə davam etdiriləcək.
"Bakı Metropoliteni" QSC-dən Azvision.az -a verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə qrunt sularının yer üstündə bir mənbəyə toplanması və bu sulardan şəhərdə texniki məqsədlərlə, yaşıllıqların suvarılması üçün geniş istifadə olunacaq.

Ötən il mühəndis-texniki, o cümlədən sanitar qurğuların işi ilə bağlı metropolitendə daha irimiqyaslı layihələr də həyata keçirilib. Belə ki, qatarların hərəkətinin dayandırıldığı sərt karantin dövründə tunellərin mürəkkəb geoloji şəraitin aqressiv təsirindən qorunması, yeraltı suların tuneldən kənarlaşdırılması kimi mühüm məsələlər həllini tapıb.

"Nərimanov" elektrik deposu ərazisində yeni qazanxananın istifadəyə verilməsi istehsalat sahələrində daha proqressiv iş şəraitinin qurulmasına, istilik və isti su təchizatının optimallaşdırılması və yeni sahələrin də tələblərinə cavab verməsinə nail olunub. Baxış-təmir qanovlarına yığılan yağış sularının yeni tikilən suvurma qurğusuna ötürülməsi üçün kanalizasiya xəttinin çəkilməsi isə ötən müddət ərzində yağıntılardan mühafizəni təmin edib.

Azvision.az


Teqlər: Metro   Qrunt   Su   Yaşıllıq  





Xəbər lenti