Tərtərdə gizli işləyən kafe aşkarlanıb

Tərtərdə gizli işləyən kafe aşkarlanıb
  15 Yanvar 2021    Oxunub:1313
Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan edilmiş xüsusi karantin rejiminin tələblərinin pozulmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində karantin qaydalarına zidd olaraq müştərilərə yerində xidmət göstərən kafe aşkar edilib. Kafenin icarədarı Habil Ağayevin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə edilib, müştərilərə isə ciddi xəbərdarlıqlar olunub.

Azvision.az



Teqlər: Tərtər   DİN  





Xəbər lenti