Gəncədə 30 COVID-19 xəstəsinə cinayət işi açılıb
Bundan başqa ŞBPİ-nin əməkdaşları şəhər ərazisindəki stasionar postda xidmət aparan zamanı şəhər sakini Elnurə Verdiyevanın da təcrid qaydalarına riayyət etməyərək, sağalmadan yaşadığı evi tərk etməsini aşkar edib. Vətənadaşa pandemiya barədə ümumi məlumat verilərək yaşadığı evə göndərilib.
Davam etdirilən tədbirlər nəticəsində şəhər sakini Sənan Hacıyevin də yaşadığı ünvanı tərk etməsi və beləliklə “Covid-19” virusunun yayılmasına şərait yaratması aşkar edilib. Polis əməkdaşları tibbi prosedurlar gözləməklə onu yaşadığı evə göndərib.
Qeyd edək ki, koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə aparılan tədbirlər nəticəsində Gəncə şəhərində ümumi 30 nəfərin xəstəliyə yoxluxduğu halda yaşayış yerini tərk etməsi aşkarlanıb ki, həmin şəxslər barəsində Gəncə şəhər baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə canyət işi başlanıb, araşdırmalar davam etdirilir.
Azvision.az