Təhsil naziri gələn həftə yeni qaydaları açıqlayacaq

 Təhsil naziri gələn həftə yeni qaydaları açıqlayacaq
  17 Yanvar 2021    Oxunub:2761
Növbəti həftə Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə brifinq təşkil ediləcək.
Azvision.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov bildirib

"Brifinqdə qarşıdakı dövr ərzində tədrisin təşkili qaydaları, yeni hədəflər, gözləntilər barədə məlumat veriləcək, sual doğuran məsələlərə aydınlıq gətiriləcək", - deyə nazirlik rəsmisi qeyd edib.

Azvision.az


Teqlər: Təhsil   Nazirlik  





Xəbər lenti