Ağdaşda karantini pozan 28 nəfər cərimələnib

Ağdaşda karantini pozan 28 nəfər cərimələnib
  18 Yanvar 2021    Oxunub:2352
Ağdaşda xüsusi karantin qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən kafe və çayxana aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən xəbərə görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər ərazisində yerləşən kafenin işlədiyi məlum olub.

Obyektə baxış zamanı kafeni işlədən Mahmud Əhmədovun və 14 nəfər müştərinin xüsusi karantin qaydalarını pozaraq orada olduqları aşkar edilib. Həmin şəxslər Polis Şöbəsinə gətirilib və barələrində qanunvericiliyə uyğun tədbir görülüb.

Digər bir tədbir zamanı isə şəhər parkının ərazisində yerləşən çayxananın işlədiyi müəyyən edilib. Qaydaları pozduqları üçün icarədar və orada olan 12 müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunaraq cərimələniblər.

Azvision.az


Teqlər: Ağdaş   Karantin  





Xəbər lenti