Ağcabədidə çörək sexinin fəaliyyəti dayandırıldı

Ağcabədidə çörək sexinin fəaliyyəti dayandırıldı
  19 Yanvar 2021    Oxunub:1170
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Ağcabədi rayonu, 4 yol ərazisində fəaliyyət göstərən fiziki şəxs Mehdiyev Fridun Elşad oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama həyata keçirilib.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, ilkin baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatı olmadan fəaliyyət göstərdiyi aşkarlanıb. Araşdırma zamanı məlum olub ki, müəssisə sanitar-gigiyenik qaydalara əməl etmədən, qida təhlükəsizliyinə dair normativ aktlara əməl edilmədən fəaliyyət göstərir.

Aşkar edilən nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq süd qəbulu məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Araşdırmalar davam etdirilir.





Azvision.az


Teqlər: AQTA   Şörək-sexi  





Xəbər lenti