Ötən il 2 tona yaxın narkotik dövriyyədən çıxarılıb
Sosial şəbəkələrlə və digər internet informasiya resurslarından istifadə etməklə narkotik vasitələrin onlayn dövriyyəsi üzrə bir sıra faktlar əsasında şübhəli bilinən şəxslər əməliyyat yolu ilə tutularaq istintaqa təhvil verilib. Onlardan ümumilikdə 168 kiloqramdan artıq – 15 kiloqram 322 qram marixuana, 131 kiloqrama yaxın heroin, 10 kiloqram tiryək və digər psixotrop tərkibli, insan sağlamlığı üçün təhlükəli narkotik vasitələr götürülərək qanunsuz dövriyyədən çıxarılıb.
İnsan həyatını və sağlamlığını təhdid edən neqativ hallara qarşı daxili işlər orqanları tərəfindən bütün istiqamətlərdə kompleks profilaktiki tədbirlər davam etdirilir.
Azvision.az