AQTA 214 ərzaq satışı müəssisəsində nöqsan aşkarladı

AQTA 214 ərzaq satışı müəssisəsində nöqsan aşkarladı
  19 Yanvar 2021    Oxunub:1481
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ərzaq satışı obyektlərində monitorinqləri davam etdirir.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində qurumun əməkdaşları ölkə ərazisində fəaliyyət göstərən 323 ərzaq satışı obyektində monitorinqlər həyata keçirib.

Monitorinq keçirilən 214 ərzaq satışı müəssisəsində ümumilikdə 363 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, eyni zamanda sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində normativ texniki sənədlərin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Azvision.az


Teqlər: AQTA   Obyekt   Nöqsan  





Xəbər lenti