Xəzərə tullantı sularının axıdılması xeyli azalıb

Xəzərə tullantı sularının axıdılması xeyli azalıb
  19 Yanvar 2021    Oxunub:1808
“Ekologiya və Təbii Sərvətlər Nazirliyi səlahiyyətləri çərçivəsində Xəzərə axıdılan tullantılarla bağlı məlumat bazası yaradır”.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə bildirib. Onun sözlərinə görə, bazada axıdılan suların həcmi, keyfiyyət göstəriciləri xəritələşdirilib:

“Qanun pozuntusu olan hallarda tədbirlər görülür. 10 il əvvəllə müqayisdə Xəzərə tullantı sularının axıdılması halları xeyli azalıb. Abşeron yarımadasından Xəzərə gün ərzində 1 milyon kubmetr su axıdılır. Bunun qarşısının alınması üçün tədbirlər görülür”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Xəzər   Tullantı  





Xəbər lenti