Qarabağı minadan təmizləmək üçün Rusiyadan yeni qrup gəldi

Qarabağı minadan təmizləmək üçün Rusiyadan yeni qrup gəldi
  19 Yanvar 2021    Oxunub:2689
Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin pirotexniklərdən ibarət qrupu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatını davam etdirir.
FHN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, aparılan minatəmizləmə əməliyyatının səmərəliliyinin daha da artırılması məqsədilə hər iki nazirlik arasında mövcud sıx əməkdaşlıq münasibətləri çərçivəsində yanvarın 18-də Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən ölkəmizə əlavə pirotexnik qrupu, texnika və avandanlıqlar gətirilib.

Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən Gəncə Hava Limanında qarşılanan təyyarə ilə ölkəmizə gəlmiş qrup, texnika və avadanlıqlar minatəmizləmə əməliyyatına cəlb olunması üçün Nazirliyin Qarabağ Regional Mərkəzinə çatdırılıb.









Azvision.az


Teqlər: FHN   Qarabağ  





Xəbər lenti