Gizli işləyən restoranın müştəriləri cərimələndi

Gizli işləyən restoranın müştəriləri cərimələndi
  20 Yanvar 2021    Oxunub:1841
Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşları tərəfindən yanvarın 19-da Corat qəsəbəsi ərazisində qəsəbə sakini İ.Balakişiyevə məxsus restoranın fəaliyyət göstərməsi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, İ.Balakişiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib olunaraq şəhər məhkəməsinə göndərilib.

Orada olan 15 nəfər müştəri barəsində isə protokollar tərtib olunaraq hər biri 200 manat cərimə edilib.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti