Sığınacağa yerləşdirilən 12 yaşlı qız ailəsinə təhvil verildi

Sığınacağa yerləşdirilən 12 yaşlı qız ailəsinə təhvil verildi
  21 Yanvar 2021    Oxunub:1925
Yanvarın 4-də itkin düşməsi ilə bağlı KİV-də haqqında məlumat yayılan S.L (şərti ad) yanvarın 6-da polis əməkdaşları tərəfindən Sabunçu rayonu ərazisində tapılaraq Sabunçu rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Ramana qəsəbəsində yerləşən “Nur” uşaq sığınacağına yerləşdirilmişdi.
Komitədən Azvision.az -a verilən məlumata görə, araşdırmalar zamanı ailədə 12 yaşlı qızın valideynləri ilə münasibətlərində problemlərin olması müəyyən edilib və bu səbəbdən də S.L və ailəsi Komitənin tövsiyəsi əsasında Nizami rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan psixoloji reabilitasiyaya cəlb olunmuşdu.

Bu gün Dövlət Komitəsi və rayon İcra Hakimiyyətinin nümayəndələri ailə ilə yenidən görüş keçirib və nəticədə S.L-in doğmaları ilə bir yerdə yaşaması üçün hər hansı bir problemin mövcud olmadığı nəzərə alınaraq o, ailəsinə təhvil verilib.

Məsələ müvafiq orqanlar tərəfindən nəzarətdə saxlanılır.

Azvision.az




Teqlər: Komitə   Sığınacaq  





Xəbər lenti