Ötən il Bakıda 169 nəfər yol qəzalarında ölüb
Bu barədə Azvision.az -a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
Onun sözlərinə görə, yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb daha çox manevr qaydalarının pozulmasıdır:
"Qəzaların 167-si (36,3 %) manevr qaydalarının pozulması, 125-i (27,2%) sürət həddinin aşılması,56-sı ( 12,2 %) ara məsafəsinin pozulması, 34-ü (7,4 %) yol ayrıcını keçmə qaydalarının pozulması, 16-sı (3,5 %) piyada keçidində keçmə qaydalarının pozulması faktları təşkil edib”.
Azvision.az