Nazir: Ali məktəblərin açılması barədə qərar veriləcək

      Nazir:    Ali məktəblərin açılması barədə qərar veriləcək
  22 Yanvar 2021    Oxunub:2854
Fevral ayının 1-dən sonrakı iki həftə ərzində V-IX siniflərin, o cümlədən peşə təhsili müəssisələrinin və ali təhsil müəssisələrinin qismən təhsilin bərpa edilməsi ilə bağlı qərarın verilməsi gözlənilir.
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev ənənəvi tədrisin başlanmasına həsr olunmuş brifinqdə deyib.

Onun sözlərinə görə, bu qərarların verilməsi üçün yoluxma sabit qalmalı və artmamalıdır.

“Bakı şəhərində Metropolitenin fəaliyyəti bərpa edilməyib. Növbəti mərhələdə bu qərar verilərsə, V-IX siniflərin açılması daha məqsədəuyğun olar. Xeyli sayda məktəb müəllimi və texniki heyət metrodan istifadə edir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil   Nazir  





Xəbər lenti