"Dərslərin həftədə 3 dəfə olması zərurətdən irəli gəlir" - Emin Əmrullayev

   "Dərslərin həftədə 3 dəfə olması zərurətdən irəli gəlir" -    Emin Əmrullayev
  22 Yanvar 2021    Oxunub:2404
Bölgələrdə ənənəvi tədrisin bərpası ilə bağlı sürətlə açılmalara gedilə bilər.
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev ənənəvi tədrisin başlanmasına həsr olunmuş brifinqində deyib. Onun sözlərinə görə, açılışlar düzgün və vaxtında edilmirsə, qısa müddətdə qapanmalara qayıdıla bilər.

“Məqsəd mümkün dərəcədə məktəbləri dayanıqlı formatda əyani təhsilə qaytarmaqdır”.

E.Əmrullayev bildirib ki, həftədə 3 dəfə dərslərin açılması zərurətdən irəli gəlir.

“ÜST-in sosial məsafə ilə bağlı tövsiyyələrinə uyğun olaraq bir partada 2 şagird otura bilmir. İstər siniflərin və məktəblərin ölçüsü, istər müəllimlərin sayı və maddi texniki baza baxımından siniflər bölünürsə, həftədə 5 dəfə dərs keçmək mümkün olmur. Belə olanda məktəbi 4 növbəli edə bilmirik. V-IX siniflər gələndə daha çox sıxlıq olacaq”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Nazir   Təhsil   Məktəb  





Xəbər lenti