Koronavirusa yoluxan şagird və təhsil işçilərinin sayı açıqlandı

 Koronavirusa yoluxan şagird və təhsil işçilərinin sayı açıqlandı
  22 Yanvar 2021    Oxunub:2658
Yanvar ayının 1-də virusa yoluxmuş şagirdlərin sayı 20 nəfər, işçi heyətin sayı 5 nəfər olub.
Azvision.az xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, sentyabrın 15-dən bu günə qədər virusa yoluxmuş şagirdlərin sayı 14758 nəfər, işçilərin sayı 7090 nəfər olub.

“ I-IV siniflər arasında 2246 şagird yoluxub. Bu, ümumi virusa yoluxmuş şagirdlərin 15 faizidir. V-IX siniflər arasında 4411 şagird, X-XI siniflərdə 7525 şagird virusa yoluxub. Bakı, Sumqayıt, Abşeronda 226 məktəbdə “Məktəblinin dostu” layihəsi çərçivəsində 400 nəfər əməkdaşı cəlb etmişik. 400 mindən çox şagird bu layihə çərçivəsində əhatə olunub”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil   Nazirliyi  





Xəbər lenti