Nəqliyyat könüllüləri təltif edildi

Nəqliyyat könüllüləri təltif edildi
  22 Yanvar 2021    Oxunub:2088
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına cavab olaraq, koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi tərəfindən həyata keçirilən layihələrdə fəal iştirakına görə 15 nəfər Nəqliyyat Könüllüsü təltif edilib.
Bu barədə Azvision.az -a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumata görə, onlayn görüşdə Agentliyin aparat rəhbəri Gülşən Rzayeva könüllüləri təbrik edərək bildirib ki, “2020-ci il Prezident tərəfindən “Könüllülər ili” elan olunub. Bu il çərçivəsində dövlət qurumları, o cümlədən Bakı Nəqliyyat Agentliyi Nəqliyyat könüllüləri ilə birgə bir çox tədbirlər həyata keçirib. Ötən ilin qlobal çətinliklərini nəzərə alsaq pandemiya dövründə təbliğat, təşviqat və nəzarət işlərində sizlərin bizimlə birgə fəaliyyəti nəticəsində həm vətəndaşlarımızın maarifləndirilməsi, həm də onların sağlamlığının qorunması işləri mütəmadi olaraq davam etdirilib.

"Bakı Nəqliyyat Agentliyi olaraq biz gənclərə, könüllülərimizə daim dəstəyik. Siz hər zaman çox fəalsınız və çox gözəl haldır ki sizin bu fəaliyyətiniz Prezident Administrasiyası tərəfindən təqdirə layiq hesab olunub. Bu sizin həyatınıza və bundan sonra davam edəcək karyera fəaliyyətinizə təsir edəcək kifayət qədər önəmli məqamlardan biridir. Çox gözəl haldır ki, serifikatla təltif olunanların 50%-i artıq bizim əməkdaşımızdır. Bu, yaxşı göstəricidir. Sizi təbrik edirəm. Hər birinzə can sağlığı və uğurlar arzu edirəm.”

Daha sonra iştirakçılar “Könüllülükdən əməkdaşlığa” aparan yolda öz təcrübələrini bölüşdülər və könüllülərə yaradılan şərait və dəstək üçün öz təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, ölkəmizdə pandemiyaya qarşı aparılan əks-epidemik tədbirlər çərçivəsində Azərbaycan könüllüləri “Bir birimizi qoruyaq” devizi altında keçirilən sosial - maarifləndirmə tədbirlərində fəal iştirak ediblər.

Pandemiyanın ilk günlərindən etibarən Nəqliyyat Könüllüləri paytaxt Bakıda vətəndaşların maarifləndirilməsi istiqamətində fəaliyyətlərini davam etdirərək 12 məntəqədə 12 min ədəd tibbi maska, 7 min ədəd maarfiləndirici broşür paylamış və sərnişinləri qaydalara riayət etməyə dəvət ediblər. İctimai nəqliyyatda pandemiya qaydalarına əməl edilməsinə nəzarət mexanizmini gücləndirmək üçün 121 nəfər nəzarətçi qismində işə cəlb edilib.

Azvision.az


Teqlər: BNA   Nəqliyyat   Könüllü  





Xəbər lenti