Partlayışda xəsarət alanlar xəstəxanaya yerləşdirilib

 Partlayışda xəsarət alanlar xəstəxanaya yerləşdirilib
  26 Yanvar 2021    Oxunub:3099
Bu gün Xırdalanda baş vermiş partlayış nəticəsində 6 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Azvision.az xəbər verir ki, bu barədə Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Mehriban Qaralova bildirib. Onun sözlərinə görə, xəsarət alanlardan biri uşaqdır.

Qeyd edək ki, Abşeron rayonu, Xırdalan şəhərinin 27-ci məhəllə adlanan ərazisində yerləşən ikimərtəbəli fərdi yaşayış evində partlayış olub. Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Azvision.az


Teqlər: Xırdalan   Partlayış   Xəstəxana  





Xəbər lenti