Müəllimlərin vaksinasiyası məcburi olmayacaq - RƏSMİ

 Müəllimlərin vaksinasiyası məcburi olmayacaq -   RƏSMİ
  26 Yanvar 2021    Oxunub:4169
"İlkin olaraq yaşı 50-dən yuxarı olan müəllimlərin vaksinasiya olunması tövsiyə edilir".

Azvision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. Onun sözlərinə görə, Bakı, Abşeron və Sumqayıtda 16 min 698, bölgələrdə isə 32 min 657 müəllimin yaşı 50-dən yuxarıdır.
C.Valehov, həmçinin qeyd edib ki, müəllimlərin vaksinasiyasında heç bir məcburetmə halı olmayacaq.

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil   Müəllim   Vaksinasiya  





Xəbər lenti