27 uşaq övladlığa verildi, 38-i ailəsinə qaytarıldı
Onlardan 5-i ögey ana - ögey ata, 17-si yaxın qohum tərəfindən, 2-si valideynlər arasında razılıq əsasında, 3 uşaq isə dövlət uşaq müəssisəsindən övladlığa götürülüb. Övladlığa götürülmüş uşaqlardan 10-u 0-3 yaş, 16-sı 4-11 yaş, 1-i isə 12-18 yaş aralığında olanlardır.
Uşaqların övladlığa götürüldüyü ailədə inkişafı üçün şəraitin olması xüsusi diqqətdə saxlanır. Bu istiqamətdə ciddi nəzarət, övladlığa götürülən hər uşağın ailədəki vəziyyətinin öyrənilməsi üçün dövri monitorinqlər həyata keçirilir.
Azvision.az
Teqlər: Övladlığagötürmə ƏƏSMN