Qanunsuz balıq ovlayanlar cəzalandırıldı

Qanunsuz balıq ovlayanlar cəzalandırıldı
  27 Yanvar 2021    Oxunub:1859
Qanunsuz balıq ovunun qarşısının alınması məqsədi ilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xaçmaz rayonunun Xəzər dənizi sahilində və Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Azvision.az xəbər verir ki, bunu Xidmətin rəsmisi Bəhruz Məhəmmədov bildirib.

Onun sözlərinə görə, araşdırma zamanı brakonyerlərin Mingəçevir şəhər sakini Vidadi Cabbarov, Xaçmaz şəhər sakini Nemət Hacıyev olduğu məlum olub.

Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb.

B.Məhəmmədov qeyd edib ki, ayrı-ayrı inzibati rayonların ərazisində ov qaydalarını pozduqlarına görə Qusar rayon sakini Şair Bədirxanov, Ağdam şəhər sakini Natiq Əliyev, Tərtər şəhər sakini Bəhruz Qurbanov, Sumqayıt şəhər sakinləri Əlövsət Babayev və Elsevən Abdullayev saxlanılıb və barələrində protokol tərtib edilərək cərimələnib.

Azvision.az


Teqlər: Balıq   Ov   Qanunsuz  





Xəbər lenti