Müəllimlərin dərs yükündə artım olmayacaq

Müəllimlərin dərs yükündə artım olmayacaq
  27 Yanvar 2021    Oxunub:2079
Ənənəvi tədrisin bərpasında siniflərin yarımqruplara bölünməsi zamanı müəllimlərin dərs yükündə artım olmayacaq. Müəllimin necə dərs yükü varsa, o iki yarım qrup arasında bölünəcək.
Azvision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu deyib. Onun sözlərinə görə, yerdə qalan dərs saatları teledərslərlə kompnesasiya ediləcək.

“Həm də sinifdə şagird sayı az olanda onlar dərsləri daha tez öyrənirlər”,- deyə nazirlik rəsmisi bildirib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Müəllim   Dərs  





Xəbər lenti