“Yoluxma kritik həddə çatsa, V-IX siniflərdə tədrisin bərpası ləngiyəcək”

 “Yoluxma kritik həddə çatsa, V-IX siniflərdə tədrisin bərpası ləngiyəcək”
  27 Yanvar 2021    Oxunub:3081
Fevralın 1-də tədrisin bərpası ilə bağlı şəhərdaxili hərəkətlilik artacaq. Əgər 14 gün ərzində yoluxma sayı kritik həddə çatsa, 5-9-cu siniflər üzrə tədrisin bərpası ləngiyəcək.
Azvision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu deyib.

“Hazırda COVID-19-a yoluxma vəziyyətində hər 14 gün sonra açılmanın yoluxma sayının artmasına səbəb olub-olmadığı məlum olur. Say kritik həddə çatmasa, o zaman yuxarı siniflər üzrə açılma davam edəcək".

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil  





Xəbər lenti