Prokurorluq dəm qazından qorunmaq üçün videoçarx hazırladı
Videoçarxda dəm qazından zəhərlənmə hallarına “pyatiminutka” deyilən elektrik suqızdırıcısının qapalı məkanda ev sahibi tərəfindən özbaşına quraşdırılması, evlərdə havatəmizləyici baca və boruların müxtəlif səbəblərdən tutulması, qızdırıcıların yerləşdiyi hamam otaqlarında oksigen axını dövriyyəsini təmin etmək üçün qapının alt hissəsində dəlik və yarıqların olmaması, qapı, pəncərə və nəfəsliklərin qapadılması, həmçinin “Azəriqaz” İB-nin əməkdaşlarına xəbər vermədən ev sahibi tərəfindən qazla işləyən cihazın quraşdırılması və qazdan istifadə qaydalarının kobud şəkildə pozulmasının səbəb olduğu bildirilib.
Maarifləndirici videoçarxda bu qaydalara əməl olunmasının vacibliyi barədə xəbərdarlıq edilib. Diqqətə çatdırılıb ki, dəm qazından zəhərlənmə və ya ölüm hadisələrinə səbəb olmuş vəzifəli şəxs cinayət qanunvericiliyini tələblərinə əsasən məsuliyyətə cəlb oluna bilər.
Azvision.az
Teqlər: Baş-Prokurorluq Videoçarx