Əmək kitabçaları dövriyədən çıxarılacaq

 Əmək kitabçaları dövriyədən çıxarılacaq
  29 Yanvar 2021    Oxunub:2615
2020-ci ildə əmək münasibətləri və məşğulluq alt sisteminin yaradılmasına başladıq.

Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib.
Agentlik sədri bildirib ki, bu sistem ölkənin əmək qanunvericiliyinin, məşğulluq siyasətinin, eyni zamanda kitab inzibatçılığının böyük ölçüdə elektronlaşdırılmasına gətirib çıxaracaq:

“Bu sistem bizə imkan verəcək ki, mərhələli şəkildə kağız əmək müqavilələrini ləğv edək, eyni zamanda əmək kitabçalarının dövriyədən çıxarılmasını həyata keçirək. Bundan əlavə ezamiyyə vərəqələrini, kağız üzərində əmrləri, ştat cədvəllərini, digər kağız daşıyıcılarını ləğv edərək elektron müstəviyə çekməyi nəzərdə tuturuq”.

Azvision.az


Teqlər: Əmək-kitabçası  





Xəbər lenti