Bakıda 500 ədəd ağac əkildi - FOTO
Aksiyanın məqsədi vətəndaşlar tərəfindən məhv edilmiş və qurudulmuş yaşıllıq zolaqlarının bərpasıdır.
Mövcud karantin rejiminin tələblərinə uyğun olaraq təşkil edilmiş aksiyada icra qurumlarının əməkdaşları və “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri tərəfindənərazi daşlardan, kollardan, tullantılardan, qurumuş ağac kötüklərindən təmizlənmiş, əkin üçün hazır vəziyytə gətirilib, suvarma sistemi quraşdırılıb və 500-dən çox şam ağacı əkilib Həmçinin, İcra Hakimiyyəti tərəfindən yeni əkilən ağaclara qulluq göstərilməsi üçün cavabdeh şəxslər müəyyən olunub.
Bu kimi aksiyaların mövsümün sonunadəkpaytaxtın digər ərazilərində də keçirilməsi nəzərdə tutulur.
Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi vətəndaşları ətraf mühiti qorumağa, təbiətə qayğı ilə yanaşmağa və onun müdafiəçisi olmağa çağırır.
Azvision.az