131 yeni yoluxma qeydə alındı, 407 nəfər sağaldı

   131 yeni yoluxma qeydə alındı, 407 nəfər sağaldı
  30 Yanvar 2021    Oxunub:3583
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 131 yeni yoluxma faktı qeydə alınıb, 407 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ümumilikdə 230066 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 222 960 nəfər müalicə olunaraq sağalıb, 3 126 nəfər vəfat edib, aktiv xəstə sayı 3980 nəfərdir.

Ölkədə son sutka ərzində 7 244, hazırkı dövrədək isə 2 401 720 test aparılıb.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti