Naxçıvanda COVID-19-a qarşı vaksinasiya başladı - FOTO
Peyvənd ilkin mərhələdə risk qrupuna daxil olan səhiyyə işçilərinə vurulub. Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin həkim və tibb personalı təhlükəsizliyinə və effektivliyinə görə seçilən “Sinovac” vaksininə cəlb olunub. Vaksinasiya prosesinin planlı şəkildə və uğurla aparılması məqsədilə akademik Zərifə Əliyeva adına Naxçıvan şəhər Poliklinikasında 52 nəfər tibb heyəti müayinədən sonra vaksinasiyaya cəlb olunub.
Naxçıvan Muxtar Respublika xəstəxanasında da 87 tibb işçisinin bədən hərarəti yoxlandıqdan sonra peyvənd olunub. Vaksinasiyadan Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin tibb heyəti də yararlanıb. Bədən hərarəti 37 dərəcədən yüksək olanlara peyvənd vurulmayıb. Ümumilikdə 73 nəfərdə aparılan vaksinasiya zamanı heç bir narahatlıq müşahidə olunmayıb.
Qeyd edək ki, vaksinasiya prosesi muxtar respublikanın bütün rayon, şəhər tibb müəssisələrində aparılacaq.
Azvision.az
Teqlər: Naxçıvan COVİD-19 Vaksinasiya